Haqqımızda
Əziz izləyiclər, SonÜmid TV.AZ saytının "youtube" və "telegram" kanalının nəzdində uşaqlar və yeniyetmələr üçün yeni maarifləndirici kanal yaratdıq. Hədəfimiz uşaq, yeniyetmə və cavanlarımızın fiziki, psixi, elmi, mədəni, tərbiyəvi və mənəvi sağlamlığına yönəlmiş zərərlərin qarşısını almaq və gələcək nəslimizi qorumaqdır. Buna görə də "Son Ümid TV KİDS" kanalında uşaq, yeniyetmə və cavanlarımıza müxtəlif elmi bilikləri, o cümlədən ibtidayi siniflərə və orta məktəbə hazırlıq, Rus, Ərəb, Fars dili, Azərbaycan dili və ədəbiyyatı və digər zəruri bilgiləri təqdim edəcək və bununla yanaşı milli-mənəvi dəyərlərimizi, tariximizi, o cümlədən Quran, Sünnə (hədis) və Əhli-Beyt (ə) maarifini öyrədəcəyik. Əziz dostlar, ABUNƏ olaq və paylaşaq.